Bu gün bizə passiv gəlir haqqında vacib məsləhətlər vermək üçün müsahibimiz, ElMundo Grup MMC və Vasco mobil tətbiqinin təsisçisi Asim Əliyevdir.

Sual: Asim bəy, passiv gəlir nədir və son dövrlərdə niyə bu qədər aktualdır?

Asim Əliyev: Passiv gəlir – sizin birbaşa əməyiniz olmadan qazandığınız gəlirdir. Məsələn, investisiya etdiyiniz bir layihə, kirayə gəliri və ya rəqəmsal məhsul satışları. Gənclər üçün passiv gəlir çox vacibdir, çünki bu, onlara maliyyə azadlığı qazandırır və gələcək planlarını daha rahat qurmağa imkan verir.

Sual: Bəs gənclər passiv gəlir əldə etməyə necə başlaya bilərlər?

Asim Əliyev: İlk addım bilikdir. Gənclər əvvəlcə passiv gəlir mənbələri haqqında öyrənməlidirlər. Bunun üçün, kitab oxumaq, onlayn kurslar keçmək və ya mütəxəssislərin təcrübələrini araşdırmaq mümkündür. Daha sonra isə kiçik bir addımla başlamaq lazımdır. Məsələn, freelancing platformalarında xidmət sataraq qazanılan pulu bir investisiya alətinə yönəltmək olar.

Sual: Ən sadə və əlçatan passiv gəlir mənbələri hansılardır?

Asim Əliyev: Gənclər üçün ən sadə üsullar fikrimcə aşağıdakılar ola bilər.

1. Rəqəmsal Məhsullar Satmaq: E-kitablar, təlim videoları və ya dizayn işlərini onlayn platformalarda satmaq.

2. Affiliate Marketing: Bir məhsulu tövsiyə edərək satışdan komissiya qazanmaq.

3. Kiçik İnvestisiyalar: Aksiyalar, ETF-lər və ya kriptovalyutalarla kiçik məbləğlərlə başlamaq.

4. Kirayə Əşyalar:  Fotoaparat, musiqi alətləri kimi avadanlıqları kirayəyə vermək.

5. Vasco kimi Tətbiqlərdən İstifadə: Məsələn, bizim tətbiqdə seminar biletləri, məqalələr və digər rəqəmsal məhsullar sataraq passiv gəlir əldə etmək mümkündür.

Sual: Gənclər bu yolda hansı çətinliklərlə üzləşə bilər və onları necə aşmalıdırlar?

Asim Əliyev: Əsas çətinliklərdən biri başlanğıc kapitalının az olmasıdır. Bu problemi həll etmək üçün kiçik addımlarla başlamaq və qazandıqlarını yenidən investisiya etmək lazımdır. Digər çətinlik isə səbrsizlikdir. Passiv gəlir bir anda yaranmır. Müntəzəm iş və səbr tələb edir.

Sual: Sizin şəxsi təcrübənizdən bir nümunə paylaşa bilərsinizmi?

Asim Əliyev: Əlbəttə. İlk passiv gəlir mənbəyim geyim satmaq olmuşdu. Öz brendini yaratmış gənclərlə iş birliyi edərək məhsullarını onlayn platformalarda satdım. Gələn gəliri yeni bir layihəyə yönəltdim və beləliklə, daha böyük mənbələr yaratdım. Hər şey kiçik bir addımla başlayır.

Sual: Gənclərə nə məsləhət verərdiniz?

Asim Əliyev: Gənclər risk etməkdən qorxmasınlar, amma ağıllı risklər etsinlər. Kiçik başlasınlar, amma böyük düşünərək hərəkət etsinlər. Ən əsası isə özlərini daim inkişaf etdirməyə davam etsinlər.

Unutmayın:

Passiv gəlir əldə etmək bir prosesdir, amma düzgün yanaşma ilə bu, hər kəs üçün mümkündür. Asim Əliyevin təcrübələri və məsləhətləri gənclərə bu yolda dəyərli istiqamət verəcək.

Səbətim